İşə qəbul olmaq istəyən qadın BUNU ETDİ  - tortun üstünə...
01 oktyabr 2022 13:40 (UTC +04:00)

İşə qəbul olmaq istəyən qadın BUNU ETDİ - tortun üstünə...

ABŞ-ın Şimali Karolina ştatında yaşayan Karly Pavlinac Blackburn çox maraqlı üsuldan istifadə edərək müraciət etmək istədiyi şirkətlə müsahibə təşkil edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, tortun üzərinə CV-ni çap etdirib.

Belə ki, məşhur idman geyim markası “Nike”da işləmək istəyən Blackburn iki A4 kağız ölçüsündə tortun üzərinə tərcümeyi-halını çap etdirərək şirkətə göndərib. Onun maraqlı metodundan təsirlənən brend, Blackburn ilə görüş təşkil etməyə razılaşıb.

Tortu hazırlayan Blekbern üçün yeganə problem tortun lazımi insana çatıb-çatmayacağı olub.

3 uşaq anası olan Karli şirkətə bir qolunda 8 aylıq oğlu, digərində isə tortla gəlib. Görüş üçün səy göstərən Blackburn, “Nike”ın Valiant Labs bölməsi ilə görüş qurmağı bacarıb. Bunu edən qadın istifadə etdiyi üsulla sosial mediada ən çox danışılan mövzulardan birinə çevrilib.


 

# 3390
avatar

Fidan İlqar

Oxşar yazılar