İnternetin  psixikaya təsiri   haqqında həqiqətlər
06 dekabr 2023 18:51 (UTC +04:00)

İnternetin psixikaya təsiri haqqında həqiqətlər

İnternetdən istifadə ilə onun insanın psixi sağlamlığına mənfi təsiri arasında heç bir əlaqə yoxdur.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu nəticəyə Oksford Universitetinin alimləri gəliblər.

Qeyd edilir ki, bu problem üzərində alimlər qrupu çalışıb - onlar 168 ölkədə 15 yaşdan 89 yaşa qədər olan 1 milyon insanın məlumatlarını təhlil ediblər. Nəticədə ekspertlər internetin psixikaya zərərli təsirinə dair heç bir dəlil tapmayıblar. Alimlərin fikrincə, həm mənfi, həm də müsbət psixi təcrübələrdə artım olub, lakin hər şey məqbul həddə qeydə alınıb.

Eyni zamanda, bəzi məlumatlar internet texnologiyalarının gənclərə daha çox mənfi təsir göstərdiyini göstərib, lakin bu məlumat "əhəmiyyətsiz idi və bizə aydın nəticələr çıxarmağa imkan vermədi", deyə ekspertlər qeyd ediblər.

Onların fikrincə, sağlamlıq və rifah üçün daha vacib olan internet və texnologiyadan imtina etmək deyil, ünsiyyət, idman və yuxudur.

# 3648
avatar

Fidan İlqar

Oxşar yazılar