İlk uşaq bezini kim icad edib?
04 dekabr 2023 15:11 (UTC +04:00)

İlk uşaq bezini kim icad edib?

Uzaq şimalda, təxminən 50 dərəcə şaxtada yaşayan xalqların nümayəndələri körpə uşaqlarının altını təmiz saxlamaq üçün nə edirdilər? Axı o şəraitdə tez-tez uşaq paltarlarını yumaq, uşağın altını təmizləmək çox çətin görünür? Digər tərəfdən buzların və şaxtanın hökm etdiyi bu diyarlarda körpənin islanmış alt paltarının buz bağlaması üçün bir neçə dəqiqə kifayətdir. Ona görə yəqin ki bir çarə tapılmalıydı.

Lent.az-ın xəbərinə görə, bu suala çukçalar özləri cavab veriblər. Onlar iddia edirlər ki, bu gün bütün dünyada uşaqlı ailələrin istifadə etdikləri uşaq bezlərini onlar əsrlər öncə icad ediblər, adına da makka deyiblər. Heyvan dərsindən hazırlanan makkanın içərisinə yumşaq parçadan astar tikilirdi ki, uşağı yandırmasın.  Makkanın içərisinə  yumşaq parça qoyulduqdan sonra tuman əvəzi körpəyə geyindirilirdi. Lazım olanda onun içərisindəki parça dəyişdirilirdi. Uşağın belinə bağlamaq üçün ipləri olan makka körpəni gün ərzində paltarlarının quru və təmiz qalmasına kömək edirdi.

# 6534
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar