Sənədsiz evdə yaşayan sakinlərin NƏZƏRİNƏ:  “Portal açılacaq”
10 may 2024 16:00 (UTC +04:00)

Sənədsiz evdə yaşayan sakinlərin NƏZƏRİNƏ: “Portal açılacaq”

Ölkədə aktual məsələlərdən biri sənədsiz, “kupça”sız fərdi yaşayış evlərinin qeydiyyata alınması ilə bağlıdır. Səsləndirilən fikirlərə görə, Azərbaycanda yarım milyona yaxın fərdi yaşayış evinin çıxarışının olmadığı deyilir. Bu evlərin sənədləşdirilməsi yolunda müəyyən addımlar atılsa da, məsələ tam həllini tapmayıb. 

Sənədsiz evi olanlar hara müraciət etməlidir? 

Məsələ ilə bağlı Lent.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov qeyd edib ki, sənədsiz evlərin məlumatlar eyni qaydada olmadığına görə, nəticə əldə etmək mümkün olmadı:

“Bu mövzunun dərin bir kökü var. Sovet hökuməti yaranan vaxtdan qanunsuz tikililər yaranmağa başladı. Bakı sənaye şəhəri olduğuna görə daim inkişaf edirdi. Bir çox regionlardan əhalinin daim axını olurdu. Bu səbəbdən yaşayış yeri olmadığı üçün qanunsuz tikililər ərsəyə gəlirdi.

Bakı ərazisində təxminən 600-700 min civarında qanunsuz tikilən yaşayış evi mövcuddur. Əgər kənd ərazilərinə də buna qatsaq, say milyonu keçəcək. Bakı və böyük şəhərlərdə hazırda qanunsuz tikililərin amnistiyası və sənədləşmə məsələsi gündəmdədir. Təxminən 2019-cu ildən hökumət bu istiqamətdə müəyyən addımlar atır. 2020-ci ilin əvvəllərində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bir konsepsiyanın hazırlanması bəyan edilmişdi. Hər rayon icra hakimiyyəti öz ərazisində olan tikililərin qeydiyyata alınmasına başladı. Lakin pandemiya dövrü olduğuna və nəticə etibarı ilə yığılan məlumatlar eyni qaydada olmadığına görə, nəticə əldə etmək mümkün olmadı”. 

Ekspert bildirib ki, bu ilin sonlarına yaxın bütün ölkədə olan daşınmaz əmlakların qeydiyyata alınması, sənədləşməsi ilə bağlı portalın fəaliyyətə başlayaq: 

“2023-cü ilin yanvar ayının axırında Əmlak Məsələləri üzrə Dövlət Xidməti ilə Ədliyyə Nazirliyi tərəfindən birgə layihənin hazırlanmasıyla bağlı ictimaiyyətə açıqlama verildi. Gələcəkdə bir portal üzərindən bütün ölkədə olan daşınmaz əmlakların qeydiyyata alınması, sənədləşməsi, eyni zamanda sənədsiz evlərin də ilkin qeydiyyatı və amnistiya olunması məsələsi bu portal üzərindən aparılacaq. Lakin bu proses çox qəliz olduğuna görə hələ də bitməyib. Çünki burada müvafiq qanunların və normativlərin də prosesə uyğun olması vacibdir. Hazırda bu istiqamətdə iki qurum tərəfindən işlər. Çox ehtimal ki, 2024-cü il ərzində bu portal ictimaiyyətə təqdim olunacaq. Amnistiya qanunla icazə verilməmiş yerlərdə, yəni xüsusi mühafizə olunan və normativə uyğun olmayan ərazilərdə tikilən evlərə şamil edilməyəcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18396
avatar

Fidan İlqar

Oxşar yazılar