Elmə görə dünyanın ən gözəl iti müəyyən edildi – FOTO
12 mart 2025 10:28 (UTC +04:00)

Elmə görə dünyanın ən gözəl iti müəyyən edildi – FOTO

Alimlər elmə əsasən ən gözəl it cinsinin hansının olduğunu müəyyən ediblər. "Qızıl nisbət" deyilən bir anlayış var. Bu müəyyən riyazi ölçülərdən istifadə edərək obyektin estetik cəhətdən nə qədər cəlbedici olduğunu müəyyən edən idealdır. Məsələn, qızıl nisbətdən istifadə edərək Aaron Taylor-Johnson, "Emily in Paris" serialının ulduzu Lucien Laviscount və Paul Mescal dünyanın ən yaraşıqlı kişiləri adlandırılıb. Eyni metod it cinslərinə də tətbiq edilib.

Lent.az ən gözəl iti sizə təqdim edir:

Son illərdə money.co.uk mütəxəssisləri qızıl nisbət qaydasını dünyanın ən məşhur it cinslərinə tətbiq edərək statistik olaraq ən gözəl itləri müəyyən ediblər.

Qayda sadədir: bir it cinsinin proporsiyaları qızıl nisbətə nə qədər yaxın olarsa, o qədər gözəl hesab edilir.

Elmə əsasən dünyanın ən gözəl it cinsləri

(York Pressə görə, qızıl nisbətə uyğun faiz göstəriciləri ilə)

Vels korgi pembrok – 83,9%
Norfolk terrier – 84,3%
İtalyan qısa tüklü tazısı – 84,9%
Yeni Şotlandiya retriveri – 85% Weimaraner – 85,6%
Vels terrieri – 85,9%
Rodezian ridjbek – 86%
Border kolli – 86,7%

Ən az gözəl hesab edilən cinslər

Shih-tzu
Buldoq
Rotveyler

Bu araşdırma itlərin estetik cəlbediciliyinin insanlarda olduğu kimi müəyyən riyazi ölçülərə əsasən dəyərləndirilə biləcəyini göstərir. Yeri gəlmişkən, itinizin xoşbəxt olub-olmadığını necə anlaya bilərsiniz?

Bir itin xoşbəxt olması təkcə yemək və gəzinti ilə məhdudlaşmır. Onun ehtiyaclarına və xarakterinə hörmət etmək də vacibdir!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660

Oxşar yazılar