Dünyanın ən yaşlı kişi üçəmləri:  Uzunömürlülüyün səbəbi
07 dekabr 2023 14:19 (UTC +04:00)

Dünyanın ən yaşlı kişi üçəmləri: Uzunömürlülüyün səbəbi

Dünyanın ən yaşlı üçəm kişiləri dekabrın birində 93 yaşlarını qeyd edib. 

Lent.az xəbər verir ki, bu üçəmlər Ginnesin Rekordlar Kitabına düşüb. 

Bildirilir ki, qardaşlar böyük böhran zamanlarında doğulublar və onların valideynləri uşaqların yaşayacaqlarını belə ağıllarına gətirməyiblər. 

Larri, Lon və Gen Braun adlı üçəmlər uzun illərdən sonra ilk dəfə doğum günlərini bir yerdə keçiriblər. Çünki onlar bir-birlərindən çox uzaqda yaşayırlar. Ancaq yenə də yaxın münasibətlər saxlayırlar.

Qardaşlar 1930-cu il dekabrın 1-də Kalvestdə (Kanzas, ABŞ) anadan olublar. O vaxt ölkədə aclıq hökm sürürdü. Larri birinci , ondan sonra Lon və Cini dünyaya gəlib. Onların bundan başqa üç qardaşı və bir bacısı da olub. Ancaq onlar rəhmətə gediblər.

Təxminən 7 yaşında ailələri ilə birlikdə Missuri ştatının Nevada ştatına köçüblər. Onlar orta məktəbi bitirdikdən sonra elə orada yaşamağa davam ediblər.

Qardaşlar gəncliklərində çox əyləncəli insan olublar. Onlar basketbol oynamağı çox sevirmişlər. Bunun üçün torpaq yolun ortasına köhnə basketbol halqası quraşdırıblarmış. Həmçinin ovçuluqla da məşğul olublar. 

1950-1951-ci illər arasında Koreya müharibəsi başlayanda hər üçü Hərbi Hava Qüvvələrinə yazılmaq istəyib. Lon və Jean qəbul edilib, lakin Larri astma səbəbiylə rədd edilib. 

Gen də öz növbəsində elektrik mühəndisliyi üzrə təhsil alıb və təqaüdə çıxana qədər “Phillips Petroleum Company”də, Larri isə Kanzas Sitidə “General Motors”da çalışıb.

İndi qardaşların hər birinin ailəsi var. Belə ki, Larrinin 3 övladı, 8 nəvəsi və 12 nəticəsi, Lonun 4 övladı, 6 nəvəsi və 3 nəticəsi, Cinin isə 2 övladı, 6 nəvəsi və 10 nəticəsi var.

Larri qardaşlarının uzun və sağlam ömür sürməyi necə bacardığına dair öz perspektivini bölüşüb. Onun sözlərinə görə, bunun sirri tütün, alkoqollu içkilər və narkotik vasitələrdən uzaq olmalarıdır.  


 

# 9876
avatar

Sevinc Fərid

Oxşar yazılar