Dünyanın ən kiçik gecə klubu  AÇILDI  -  VİDEO
02 iyul 2021 03:11 (UTC +04:00)

Dünyanın ən kiçik gecə klubu AÇILDI - VİDEO

Avstraliyadan olan əkiz qardaşlar dünyanın ən kiçik gecə klubunu təşkil ediblər. Özünəməxsusluğu nədir, oraya necə getmək olar və girmək haqqı nə qədərdir?

Lent.az xarici mediaya istinadla bildirir ki, qardaşların bu addımı atmasına səbəb karantin məhdudiyyətlərindən yorulmaları və şəxsi gecə klubu açmaqla həyatı rəngarəng etmək istəkləri olub. Nəticədə o olduqca qeyri-adi və dünyada ən kiçik klub kimi alınıb. 

Əkiz qardaşlar eni cəmi yarım metr olan köhnə bağ bağçasını yenidən düzəldiblər. Oranı səs sistemi ilə təchiz ediblər və xüsusi effektli tüstü və rəngli işıq istifadə edirlər.

Bir gecə klubu qədər kiçik olmasına baxmayaraq, burada rəqs edib mahnı oxuya bilərsiniz, ancaq 7 nəfərlikdir.

Gecəni burada əylənmək istəyənlər üçün lotereyada udmaq da lazımdır.

Dünyanın ən kiçik gecə klubu

# 1851
avatar

Oxşar yazılar