Ginnesin Rekordlar Kitabına görə, dünyanın ən acı bibəri qırmızı meyvələri olan “Karolina Reaper” çeşididir. Amerikalı kimyaçı Vilbur Skoville tərəfindən yaradılmış bibərin istiliyi 1,5 ilə 2,3 milyon bal arasında dəyişir. Bəs çox acı bibər yeyəndə nə baş verir?
Lent.az-ın məlumatına görə, dünyanın ən acı bibəri tez-tez müxtəlif yarışlarda, lotereyalarda və s. istifadə olunur.
Nəticədə belə tədbirlər iştirakçılarına təkcə dünya şöhrəti qazandırmır, həm də daxili orqanlarına ziyan vurur.
Məsələn, yarışlardan birində iştirakçı "mükafat" olaraq beyin damarlarının daralması sindromunu əldə etdi. Damarların daralması kişinin baş və boyun ağrılarından əziyyət çəkməsinə səbəb olub. Xoşbəxtlikdən, zaman keçdikcə xəstəlik ortadan qalxdı.
Lakin 47 yaşlı bir kişinin “Naga Jolokia” çeşidinin meyvələri ilə təcrübəsi (yeri gəlmişkən, onun kəskinliyi 855-1500 baldır) daha ciddi nəticələrə səbəb olub.
Rəqib bibəri təmiz halda deyil, ədviyyatlı qatqılı burger daxilində yeyib, və bundan sonra onun yemək borusunda dəlik yaranıb.