Bu görüntülər ölkəni ayağa qaldırdı - Boğulan qadın... -  FOTO
29 sentyabr 2021 19:55 (UTC +04:00)

Bu görüntülər ölkəni ayağa qaldırdı - Boğulan qadın... - FOTO

İspaniyanın Bilbao şəhərindəki Nervion çayına xəbərsiz yerləşdirilən “Boğulan qadın heykəl”i şəhərdə narahatlıq yaradıb.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, çayın kənarından keçən şəhər əhalisi dəhşətli mənzərə ilə qarşılaşıblar. Çayda görünən gənc qız üzü şəhər sakinlərini dəhşətə gətirib. Boğulmuş kimi görünən bu gənc qızın o qədər real görüntüsü olub ki, yanından keçən insanlar birdən nə edəcəyini bilməyiblər.  Sonra həqiqət ortaya çıxıb.

Meksikalı hiper-realist rəssam Ruben Orozkonun “fiberglas” dan hazırlanan heykələ “Bihar” (Bask dilində sabah deməkdir) adı verilərək xüsusi bir layihə üçün çaya yerləşdirilib. Layihəyə görə heykəl kömək və həmrəyliyin əhəmiyyətini çatdırmaq istəyir.

Dalğa ilə suyun səthinə qalxan, sonra batan 120 kiloqramlıq nəhəng fiqur hər gün görünür və yox olur. Şəhər sakinlərinin fikrincə, bu heykəl onları gələcəkdə gözləyən təhlükələrə işarədir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5934
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar