
Selin Dion şou biznesi tərk etdi
Dünyanın ən məşhur qadın müğənnilərindən biri olan Kanadalı superulduz Selin Dion şou biznesdən birdəfəlik getdiyini bəyan edib.
Lent.az-ın ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, Selin Dion Las Vegas şousunu, həmçinin payıza elan olunan Asiya turunu da ləğv edib.
Dion deyib ki, o, bütün diqqətini özünün və həyat yoldaşının səhhətinə cəmləyəcək.
O bildirib: ”Mən öz gücümün və enerjimin hər qramını ərimin müalicəsinə həsr etmək istəyirəm. İndiki vaxtı ərimə və uşaqlarıma həsr etməyim mənim üçün vacibdir”.
Qeyd edək ki, Selin Dionun həyat yoldaşı Rene Angelil dekabrda xərçəng xəstəliyi ilə bağlı əməliyyat olunub. Dionun isə boğaz əzələlərində iltihab onu oxumağa qoymur. O, iyulun 29-dan Las Vegasda konsert verə bilmir.
Dion əlavə edib ki, ərinin xəstəliyi ilə mübarizə aparmaq və 3 uşaq böyütmək şou biznesinin qrafiki ilə çox çətindir və streslidir.
Müğənni özünün bütün pərəstişkarlarından eyni zamanda həm üzr istəyir, həm də onlara sevgilərinə və dəstəklərinə görə təşəkkür edir.
Oxşar yazılar

Evliliyindən peşman olan 4 məşhur
7 iyul 2025 , 14:11
Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01