Rusiya siyasi səhnəsinin təlxəyi, Liberal Demokrat Partiyasının lideri Valdimir Jirinovski ən cansıxıcı rusiyalı siyasətçilərin siyahısına başçılıq edir.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu məsələ ilə bağlı «Levada-mərkəz» sorğu keçirib.
Rəyi soruşulanların 13 faizinin Jirniovskini «görən gözü yoxdur». Ondan sonrakı yeri 10 faizlə Rusiya kommunistlərinin lideri Gennadi Züqanov tutur.
Üçüncü yerdə 7 faizlə Boris Nemtsov gəlir.
Rusiya prezidenti Vladimir Putinlə müxalifət lideri Aleksey Navalnını «görmək istəməyənlərin» sayı isə 5 faizdir.