Ötən gün bəstəkar-müğənni Pərviz Mahmudovun toyuna qızı Aysun İsmayılova ilə qatılan müğənni Rəqsanə İsmayılova fürsətdən istifadə edərək fotosessiya etdirib. Lent.az-a açıqlama verən müğənni deyib ki, daim formada qalması üçün yeməyinə diqqət edir.
İfaçının qızı A.İsmayılova isə anasından fərqli olaraq kökəlmək istədiyini deyib: “Mən də yeməklərimə diqqət edirəm. Bundan əlavə idmanımdan da qalmıram. Həm də idmanla bir neçə kilo kökəlmək niyyətindəyəm”.