Koreya Xalq Demokratik Respublikasının (KXDR) bütün kişi əhalisi ölkə başçısı Kim Çen Ir kimi saçını kəsdirməyə məcbur edilir.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, iki həftə öncə bu haqda təlimat verilib.
«Rəhbəri saç düzümü çox səciyyəvidir. Üzün quruluşu və başın formasına görə, o, hər kəsə yaraşmır»-deyə, adını açıqlamayana müsahib «Svbodnaya Aziya» radiosuna bildirib.
Çində yaşana Şimali Koreya vətəndaşı deyib ki, belə bir saç düzümü ilə o, çinli qaçaqmalçılara oxşayır.
Təlimat dərc olunana kimi ölkədəki kişilər saçların kəsdirmək üçün on variantdan, qadınları isə 18-dən birini seçirdi.
Bu təlimatın qadınlara da şamil ediləcəyi hələlik məlum deyil.