Hindistanda yeniyetmənin 232 dişi çıxarılıb
25 iyul 2014 07:42 (UTC +04:00)

Hindistanda yeniyetmənin 232 dişi çıxarılıb

Hindistanda həkimlər yeniyetmənin çənəsində 232 diş çıxarıb.

 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu əməliyyat mütəxəssislər 7 saat vaxt sərf edib.

 

Mumbay xəstəxanası stomatoloji şöbəsindən bildirilib ki, 17 yaşlı Aşik Havay çənəsinin sağ tərəfindəki şişdən şikayətlənib.

 

18 ay imiş yeniyetmə bundan əziyyət çəkirmiş. Nəhayət o, yaşadığı kənddən Mumbaya, ağrıların səbəbini öyrənməyə gedib.

 

Həkimlər bunu “çox nadir hadisə” və “dünya rekordu” kimi dəyərləndiriblər.

 

Aşikin çənəsindən çıxarılan “kiçik ağ mirvarilər” odontoma, bir damağın çoxlu diş əmələ gətirməsi nəticəsində yaranıb.

 

“Bu özünə məxsus xoş xassəli şişdir”-deyə, klinikanın həkimi bildirib.

 

Hazırda hindistanlı yeniyetmənin 28 dişi var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1826

Oxşar yazılar