Ərini bəyənmədikləri üçün valideynləri qızı öldürüb
25 mart 2014 04:44 (UTC +04:00)

Ərini bəyənmədikləri üçün valideynləri qızı öldürüb

Hindistanın Andhra-Pradeş ştatında 26 yaşlı qızın cəsədi aşkarlanıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, yerli polis bildirib ki, cəsəddə boğulma əlamətləri müəyyən edilib.

 

Hüquq-mühafizə orqanları ehtimal edib ki, bu qətl «ailə namusu» ilə bağlı törədilib.

 

Polis qızın valideynlərini, mühəndis işləyən atasını da şübhəli şəxs qismində saxlayıb.

 

Valideynlər idarələrinə qarşı çıxaraq, ərə getdiyi üçün qızı öldürdüklərini etiraf ediblər.

 

Yerli hakimiyyət Hindistanın cənubunda bu sayaq qətllərin nadir hallarda törədildiyini bildirib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2418

Oxşar yazılar