Emin Ağalarov ən yaxşı futbolçu seçilidi
26 iyul 2014 13:18 (UTC +04:00)

Emin Ağalarov ən yaxşı futbolçu seçilidi

Emin Ağalarov "Yeni Dalğa 2014" yarışı çərçivəsində keçirilən futbol oyunun ən yaxşı futbolçusu seçilib. Lent.az-ın hello.ru saytına istinadən məlumatına görə, Rusiyada dünən “Kipsala” çimərliyində keçirilən çimərlik futbolu yarışında E. Ağalarovla yanaşı Rusiya estradasının tanınmış üzvləri - Emmanuel Vitorqan, Vladislav Tretyak, Arkadi Ukupnik, Vladimir Vinokur, Stas Kostyushkin Alexander Revva və başqaları iştirak ediblər.

 

Rəqib komandanın qapısına bir neçə top vuran E. Ağalarov oyundan sonra təəssüratını media ilə bölüşüb: “Çox maraqlı oyun idi. Günəş, dəniz, çimərlik. Bundan başqa nə lazımdır?”

 

Oyunun sonunda "Yeni dalğa 2014" müsabiqəsinin baş direktoru Aleksandr Rumyançev və Rusiyanın tanınmış şoumeni Vladimr Vinokur iştirakçıları medalla təltif edib və qaliblər qızıl butsda şampan içiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2423

Oxşar yazılar