
Doğuş şəhidlərə görə Bakıdakı konsertini təxirə saldı
0
0
Azərbaycanın 8 hərbçisinin cəbhədə həlak olması ilə əlaqədar Türkiyənin məşhur müğənnisi Doğuşun bu gün Bakıda keçiriləcəyi planlaşdırılan konserti təxirə salınıb.
Lent.az-ın Axşam.az-a istinadən verdiyi xəbərə görə, ifaçı rəsmi İnstaqram səhifəsində konsertin təxirə düşdüyünü açıqlayıb:
“Azərbaycandakı konsertimi təxirə saldım. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Başqa zamanda görüşmək ümidi ilə...”
Xatırladaq ki, AzVision.az məsələ ilə bağlı konsertin reallaşacağı “Panoramic Restaurant & Music Hall”un adminstratoru ilə əlaqə saxlasa da, restorandan Doğuşun konsertinin təxirə salınmayacağı və yalnız dövlət səviyyəsində matəm elan olunsa, belə addım atılacağı söylənilmişdi.
0
0