Dilarə Kazımova Gürcüstanda çıxış edəcək
21 aprel 2014 15:44 (UTC +04:00)

Dilarə Kazımova Gürcüstanda çıxış edəcək

Azərbaycanın “Eurovision-2014” təmsilçisi Dilarə Kazımova Avropa promo-turu çərçivəsində sabah Gürcüstana yola düşəcək. Lent.az-ın məlumatına görə, Dilarə Gürcüstanda bir neçə telekanala qatılmaqla yanaşı, media ilə ünsiyyətə girəcək.

 

İfaçının Tbilisidəki günü Gürcüstanın aparıcı telekanalı olan “GPB”-nin səhər şousunda iştirakından başlanacaq. Sonra Dilarə radiostansiyaların, qəzet və jurnalların təmsilçiləri ilə görüşəcək.

 

Sonda Dilarə Kazımova üçün günün ən gözlənilən hadisəsi Gürcüstanın “Eurovision”-dakı təmsilçisi Mariko Ebralidze ilə görüş və birgə müsahibəsi olacaq.

 

 

Xatırladaq ki, Dilarə Kazımova aprelin 25-də Maltaya gedəcək. Bu səfər promo-turu başa çatdıracaq.

 

 

Qeyd edək ki, D.Kazımova Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək “Eurovision-2014” mahnı müsabiqəsində  “Start a Fire” mahnısı ilə çıxış edəcək. Təmsilçimiz mayın 6-da 1-ci yarımfinalda 8-ci nömrə altında səhnəyə çıxacaq.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1306

Oxşar yazılar