Hazırda Bodrumda istirahət edən Türkiyənin tanınmış müğənnisi Bülənt Ərsoy bir neçə gün öncə mediada müzakirə olunan makiyajsız fotosuna münasibət bildirib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ifaçı onu tənqid edənlərə bu sözləri deyib: “Mənim ən böyük var-dövlətim səsimdir. Mən aktrisa deyiləm ki! İstəyərəm kor olaram, ağzım, burnum əyri olar, bəs səsimi nə edəcəklər? Mən bədənimlə gündəmdə deyiləm. Önəmli olan səsimdir”.