Azərbaycanlı iş adamı ilə sevgili olan türk müğənni Bakıya gəlir
07 iyun 2014 15:56 (UTC +04:00)

Azərbaycanlı iş adamı ilə sevgili olan türk müğənni Bakıya gəlir

Azərbaycanlı iş adamı ilə sevgili olan Türkiyənin tanınmış müğənnisi Ebru Polad yenidən ölkəmizin qonağı olacaq. Lent.az-ın məlumatına görə, məşhurun bu dəfəki səfərinin məqsədi iyunun 21-də Azərbaycanının istirahət məkanlarının birində verəcəyi konsertdir. Gecə saat 22:00-da başlayacaq.

 

Xatırladaq ki, E.Polad ötən ilin iyunun 16-da Bakıya gəlmişdi.

 

Qeyd edək ki, E.Polad dəfələrlə mətbuata açıqlamasında sevgilisinin  azərbaycanlı  olduğunu deyib. Hətta türk həmkarlarımız bir neçə ay öncə həmin iş adamının özəl təyyarəsi ilə Ebrunun Bakıya gələcəyini yazmışdılar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3638

Oxşar yazılar