"Sanderlend"in yarımmüdafiəçisi Cob Bellinqem, klubun Premyer Liqaya yüksəlməsinə baxmayaraq, yerini dəyişə bilər.
Lent.az bildirir ki, insayder Florian Plettenberqin sözlərinə görə, ingilis "Ayntraxt"la danışıqlar aparacaq. Futbolçu "qartallar"ın rəhbərliyi ilə görüşmək üçün Frankfurta uçub.
Qeyd olunur ki, hələlik heç bir klubla razılıq əldə olunmadığından Dortmund "Borussiya"sı və "Leypsiq" klubları futbolçu uğrunda mübarizəni davam etdirir.
Transfer məbləği 20 milyon avro ola bilər.