Türkiyədə keçmiş polis intihar edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Samsun şəhərinin İlkadım qəsəbəsində, Atatürk Bulvarında baş verib.
Təqaüdə çıxan polis məmuru 58 yaşlı Mahmud U. avtobus dayanacağında tapança ilə başından atəş açıb. Ətrafdakıların çağırışı ilə hadisə yerinə gələn həkimlər yaralını xəstəxanaya aparıblar. Lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma aparılır.