Dünya şöhrətli müğənni Dua Lipa, "Qalatasaray"ın mayın 25-də Yenikapıda keçirəcəyi bayram proqramında iştirak etmək üçün 3,5 milyon dollar tələb edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, "Qalatasaray" ardıcıl üçüncü dəfə Super Liqa çempionu olub və sarı-qırmızılı komanda 25-ci çempionluğunu əldə edərək 5-ci ulduzu taxmaq hüququ qazandı. RAMS Park stadionunun çempionluq tədbirləri üçün kifayət qədər geniş olmadığını düşünən "Qalatasaray" valilikdən aldığı icazə ilə bu ilki çempionluq bayramını Yenikapı Miting Meydanında keçirməyə qərar verib. Mayın 25-də keçiriləcək tədbirdə bir çox məşhur müğənninin iştirak edəcəyi gözlənilir və dünya şöhrətli Dua Lipanın da proqramda iştirakı üçün danışıqların aparıldığı məlum olub.
"Spor Gecesi" proqramının xəbərinə görə, Dua Lipa bazar günü keçiriləcək tədbirdə çıxış etmək üçün "Galatasaray"dan 3,5 milyon dollar istəyib. Bu məbləğin yüksək olması səbəbilə "Qalatasaray"dan hər hansı bir təklif edilməyib və tədbirin yerli sənətçilərin üstünlük təşkil etdiyi bir formatda keçirilməsinə qərar verilib.
Qeyd edək ki, "Qalatasaray"ın Yenikapıda keçirəcəyi çempionluq bayramında səhnə alacaq sənətçilər bunlardır:
Kenan Doğulu
Block3
Gökhan Kırdar
Aydilge
Emircan İğrek
Güliz Ayla
Enbe Orkestri
Ebru Yaşar
Gripin
Atiye
Betül Demir
Coşkun Sabah
Altay