Vətəndaşların etibarından sui-istifadə edərək onların pul vəsaitini ələ keçirən 51 yaşlı Ə.Süleymanov saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, aparılan araşdırmalarla onun Bakı şəhəri və Abşeron rayonunda yaşayan 2 sakini aldadıb ümumilikdə 28 min manatı dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.