Rusiyada dələduzluğa görə həbs olunan azərbaycanlı vəkil Elman Paşayev Ukraynada müharibəyə getmək üçün məhkəmədə vəsatət qaldırıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, lakin bütün vəsatətlər rədd edilib, Paşayev növbəti 6 ayı həbsdə keçirəcək.
Paşayevi 10 ilə qədər həbs gözləyir. O, 45 milyon rubldan çox məbləğdə dələduzluqda şübhəli bilinir. Keçmiş vəkil Aleksey Blinovskiyə arvadını istintaq təcridxanasından pul müqabilində azad edəcəyini vəd edib, həmçinin onun vergidən yayınma ilə bağlı cinayət işinin susdurulmasına kömək edəcəyini bildirib.
Elman Paşayevin vəkilinin sözlərinə görə, müvəkkili Şimal Hərbi Dairəsinə (Ukraynadakı döyüş bölgəsinə) 2024-cü ilin fevral ayının ortalarında imzaladığı müqavilə əsasında gedib. O, orada tank komandiri olub, hətta şücaətə görə medal da alıb və ötən ilin iyununda iki dəfə yaralanıb.