"Monako" David de Xeanı transfer etməyi düşünür, lakin "Fiorentina" qapıçısına 2028-ci ilə qədər müqavilə təklif etməyə hazırdır.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, İtaliyanın "Fiorentina" klubunun qapıçısı David de Xea klubunu dəyişə bilər.
Fabrisio Romanonun sözlərinə görə, ispaniyalının xidmətində "Monako" maraqlıdır. Potensial transferin məbləği hələlik məlum deyil.
David də “Fiorentina”da qala bilər. İtaliya komandası üçün qapıçını saxlamaq prioritetdir və ona 2028-ci ilə qədər müqavilə təklif etməyə hazırdırlar.