Yayda bağlanan  uşaq bağçaları - Tətil planlayan valideynlərin DİQQƏTİNƏ
27 may 2025 14:07 (UTC +04:00)

Yayda bağlanan uşaq bağçaları - Tətil planlayan valideynlərin DİQQƏTİNƏ

Yay aylarında bir çox ailələr tətilə getdiyi üçün bağçayaşlı övladlarını da özləriylə birlikdə aparırlar. 

Bəs görəsən həqiqətən də yayda bağçalarda uşaqların sayı azalırmı? Dezinfeksiya və təmir işləri nə zaman aparılır? Təmir zamanı uşaqların aqibəti necə olur?

Bağçayaşlı uşaqları olan ailələri maraqlandıran bu suallarla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Lent.az-a bildirildi ki, bağçalarda dezinfeksiya işləri qeyri-iş günlərlərində aparılır. Təmir zamanı isə lazım olduqda uşaqlar yaxın ərazilərdəki bağçalara köçürülür:

“Müşahidələrə əsasən, yay aylarında çox sayda valideynin övladını özü ilə tətilə aparması səbəbindən bağçalarda uşaqların davamiyyətində cüzi şəkildə azalma olur. Məktəbəqədər təhsil müəssisələrində planlı şəkildə aparılan dezinfeksiya və əsaslı təmir işləri zamanı uşaqların təhlükəsizliyi və rahatlığı ön planda tutulur. 

Dezinfeksiya işləri qeyri-iş günlərində həyata keçirilir. Məktəbəqədər təhsil müəssisələrində təmir işlərinin həcminə əsasən uşaqların digər bağçalara köçürülməsi ilə bağlı müvafiq qərar verilir. Təmir cari xarakter daşıdığı təqdirdə məşğələlər işlərin aparılmadığı otaqlarda təşkil olunur. Əsaslı təmir işləri zamanı qrupların yaxın ərazidə olan məktəbəqədər təhsil müəssisələrinə köçürülməsi həyata keçirilir”,-deyə bildirilib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 858

Oxşar yazılar