Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə bu gecə saatlarında Ziya Bünyadov prospektində baş verib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli Lent.az-a bildirib ki, hadisə zamanı "Daewoo Gentra" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq işıq dirəyinə çırpılıb.
Nəticədə avtomobilin sürücüsü 34 yaşlı Elvin Razi oğlu Babazadə hadisə yerində həyatını itirib. Onun sərnişini isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.