İnsan qalıqlarını   satan meyitxana müdiri saxlanıldı
27 may 2025 13:53 (UTC +04:00)

İnsan qalıqlarını satan meyitxana müdiri saxlanıldı

ABŞ-da Harvard Tibb Məktəbinin meyitxanasının keçmiş müdiri, 57 yaşlı Sedrik Lodc elmə bağışlanmış insan qalıqlarını oğurlayıb satarkən yaxalanıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, müstəntiqlərin fikrincə, Lodc beş il ərzində meyit hissələrini gizli şəkildə morqdan çıxarıb. Bütün qalıqlar bədənlərini könüllü olaraq Harvard Universitetinə bağışlayan insanlara məxsus olub. 

Hədiyyənin şərtlərinə görə, meyitlər elmi məqsədlər üçün istifadə edildikdən sonra onların istəyinə uyğun olaraq yandırılmalı, basdırılmalı və ya ailəsinə qaytarılmalı idi. Bununla belə, Lodc bədən hissələrini atmazdan əvvəl çıxarıb.

İttiham aktında bildirilir ki, kişi kəllə-beyin, dəri, sümüklər və digər bədən hissələrini satırmış. Lakin o, bunu tək etməyib – ona həyat yoldaşı Deniz kömək edib. İddialara görə o, bədən hissələrini alıcılara göndərərək bunun qarşılığında on minlərlə dollar qazanıb. Məsələn, yalnız bir müştəri Pensilvaniyadan ona üç il ərzində 37 min dollardan çox pul köçürüb.

İstintaq həmçinin müəyyən edib ki, Massaçusetsdən olan müştərilərdən biri aşılanma üçün Lodcdan insan dərisi alıb və bir dəfə “malları” götürmək üçün meyitxanada onunla şəxsən görüşüb.

Amerikalının həyat yoldaşı da günahını etiraf edib, lakin ona hələ də hökm verilməyib. Lodc özü əlavə araşdırmanı gözləyir. Probasiya xidmətinin hesabatından sonra məhkəmə ona hökm çıxaracaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1442

Oxşar yazılar