Adnan Oktarın “Canan”la yazışmasında nələrdən danışılır?
18 aprel 2014 17:53 (UTC +04:00)

Adnan Oktarın “Canan”la yazışmasında nələrdən danışılır?

Türkiyəli ilahiyyatçı, “A9” kanalının rəhbəri Adnan Oktar (Harun Yahya) təriqətinə qoşulmuş qızlara qarşı əxlaqsız hərəkətlər edir”. Bunu Lent.az-ın elektron poçtuna məktub göndərən bir xanım iddia edir. Adını anonim saxlayan xanım vaxtı ilə Adnan Oktarın təriqətində olduğunu deyir.

 

“Mən dünənə kimi Azərbaycanda Adnan Oktar təriqətinə aldadılaraq qoşulmuş bir qızam. Nişanlıyam, may ayında toyum olacaq. Sizlərin mediada bu təriqəti ifşasından sonra sanki yuxudan yeni ayıldım. Bizim burdakı başçımızı hamı tanıyır. Burda 50-dən çox qız bir yerdəyik. Aramızda evlisi də var, subayı da. Ofisdə ümumi mobil telefonumuz var. Xaricə zənglər də həmin telefondan edilir. Mənim bu gün son günümdür. Məndən şübhələnməsinlər deyə, işdən başqa ad altında ayrılıram. Ayrılmamışdan əvvəl dünən səhər başçımızın Adnan Oktarla “WhatsApp”da yazışmasını sizə göndərirəm. Toplantıda olanda telefon otaqda qalır və məndə otaqda redaktə işi ilə məşğul olurdum. Bizim başçımızın Adnan Oktarla “WhatsApp” yazışmasını telefonuma çəkdim. Mənim də Azərbaycan qızlarına əxlaqsız təriqətə aldanmamaları üçün bir hədiyyəm olsun. Oxuyun, görün qızlarımızı hara aparırlar və ümumiyyətlə “Canan” ləqəbli xanımın nə qədər əxlaqsız olduğunu görün. Amma adımı gizli saxlayın”.

 

Azərbaycan mediasında yayılan məlumatlarda dəfələrlə qeyd olunub ki, “Canan” ləqəbli xanım sosial şəbəkələrdə fəallığı ilə tanınan Aysel Vəlizadədir. Biz dəfələrlə onunla əlaqə saxlamağa çalışdıq. Amma alınmadı. Əvəzində onun həyat yoldaşı, Adnan Oktarın Bakıdakı nümayəndəsi Ramiq Vəliyevlə danışdıq.

 

R.Vəliyev A.Oktarın ideyalarının dəstəkçisi olduğunu bildirdi. O, qeyd etdi ki, Adnan Oktarın kitabları, filmləri Azərbaycanda icazəli şəkildə satılır:

 

“Hər hansı bir ilahiyyatçıların fikirlərini müzakirə etmək günahdır. Mən onun fikirləri ilə razıyam. Həyat yoldaşım barədə yayılan söz-söhbətlər məni narahat etmədi. Biz hər zaman hökumətimizin yanında olmuşuq. Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmlənməsini istəyirik. Biz də Adnan Oktarın fikirlərini bəyənirik. Bu isə kimlərinsə xoşuna gəlmir. O zaman bizə qarşı iftira kampaniyası başlayır. Biz Adnan Oktardan heç bir maliyyə dəstəyi almırıq. Heç onunla telefon əlaqəsi yaratmaq imkanımız da yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7090

Oxşar yazılar