Bu gün 45 yaşını qeyd edən Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkədə status yazıb.
Lent.az-ın məlumatına görə, ifaçı özəl günündə bu sözləri qeyd edib:
“45 yaşımın gözəlliyini, kefini çıxartmağımı, dolu yaşamağı diləyirəm özümə. Bu il iki yubileyimi qeyd edirəm: səhnəmin 20 ilini və 45 yaşımı. Həyat və sənət yolum olduqca parlaq, rəngarəng və bəhrəlidir. Bunlar Allahın lütfü və mərhəmətidir.
Yaşadığım və rast gəldiyim bütün hadisə və imtahanlara minnətdaram. Həyatıma girən “pis, neqativ“ adlandırdığım insan və hadisələrə də ayrıca sağolum var. Çünki sonunda dərslərimdən "5" almışam.
Ailəmə, sevənlərimə həmişə minnətdaram. Sevməyənlər də sağ olsunlar - motivasiyamın artmasına səbəb olduqları üçün”.