"Toyda Nadir mənə çay gətirirdi"  dedi, incidi:  "Yata bilmirəm"
25 sentyabr 2024 14:47 (UTC +04:00)

"Toyda Nadir mənə çay gətirirdi" dedi, incidi: "Yata bilmirəm"

Müğənni Nadir Qafarzadə Xalq artisti Faiq Ağayevdən inciyib.

Lent.az-ın xəbərinə görə, bu barədə müğənni özü şou proqramlardan birində danışıb.

Faiq Ağayevin "Toyda Nadir mənə çay gətirirdi" fikirləri Nadir Qafarzadəni əsəbiləşdirib.

"Faiq bu sözü ilə mənim çox xətrimə dəydi. İki gündür ki, yata bilmirəm. Deyir ki, Nadir mənə gənc vaxtlarında çay verib. Faiqlə mən eyni yaşdayıq. Gənc necə olur? Lap sənə çay vermişəm, onu vurğulamaq olmaz.

Lazım olsa, mən yenə də ona çay verərəm. Allah ona qismət eləməsin ki, mən ona çay verim. Yəni özü özünə çay süzə bilsin. Mən artıq qayınatayam, el və xalq arasında hörmətim var. Məni bu sözlərlə cılızlaşdırmaq olmaz.

Təkcə Faiqə yox, hamıya deyirəm, danışanda ehtiyatla danışın. Hörmətlə yaltaqlığı səhv salmayın. Məni heç kimlə səhv salmayın”, - o bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10743
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar