Bakıda keçiriləcək “Dream Fest 2025” beynəlxalq musiqi festivalı rusiyalı aparıcılardan imtina edib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, əvvəlcə tədbirin aparıcıları kimi rus əsilli serb aktyor Miloş Bikoviç və teleaparıcı Regina Todorenko elan edilib.
Rusiyadan gələn tamaşaçılar kütləvi şəkildə festival üçün aldıqları biletləri qaytarmağa başlayıblar. Bundan sonra təşkilatçılar rus aparıcıları yerli məşhurlarla - aktyor Murad Dadaşov və prodüser Hüsniyə Məhərrəmova ilə əvəzləyiblər.