Nazpəri Dostəliyeva
01 may 2022 15:45 (UTC +04:00)

Nazpəri Dostəliyeva

“Televiziyaya qorxa-qorxa addım atıram" – Nazpəri

"1 il 2 aydır nə qapı bağlandı, nə telefonum susdu. Məni qoymadılar darıxım. Bu boyda sevgiyə haqsızlıq edə bilmərəm. Mən buna öz sevgimi, musiqimi verə bilərəm. Yavaş-yavaş çıxacam, televiziyaya qorxa-qorxa addım atıram".

Bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Elgizlə izlə" proqramında deyib. Oğlu Əlini itirən müğənni səhnəyə qayıtmasından danışıb:

"Söz vermişəm ki, daha ağlamayacağam, möhkəm olacağam. Düzdür, bunu hər ana bacarmaz, qeyri-mümkündür. Bu qədər sevgi qarşısında ağlasam, zəif olsam, haqsızlıq olar. Allahdan səbr diləyib, bacardığım qədər güclü olmağa çalışacağam. Xalqla dərdimi yox, xoşbəxtliyi paylaşacağam. Qadın nə vaxt güclü olur? Həyatında çilələr çox olduqca. Qadın acı çəkdikcə daha da güclənir. Söz vermişəm, Allahdan bir şey istıyirəm: mənə səbr versin, bilmirəm əvəlki kimi ola bilərəm, ya yox. Özümə söz vermişəm möhkəm olmağa, mahnılarla tamaşaçını sevindirməyə söz vermişəm, kədərləndirməyə yox. Bütün kanallar dayanmadan dəvət edir, amma sosial verilişləri seçdim. 

Bütün Azərbaycan dərdimi paylaşdı, xoşbəxtlikdir. Bir tərəfdən Allah alır, bir tərəfdən verir. Buna alır demirəm, imtahandır. Allah birinə sevgi verirsə, itirməyi də bacarmalıdır. Allahdan yalvarıb bir şey istəyirəm: səbr. Dözüm, gözəl musiqilər təqdim edim"./Axşam.az 

# 2769
avatar

Oxşar yazılar