Tanınmış azərbaycanlı müğənni  ADINI DƏYİŞDİ
03 iyul 2021 13:11 (UTC +04:00)

Tanınmış azərbaycanlı müğənni ADINI DƏYİŞDİ

Müğənni Çingiz Mustafayev ifa janrını və səhnə adını dəyişib.

Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədə yazıb. O, bildirib ki, bundan sonra onun səhnə adı Çingiz yox, Rumi olacaq:

"3 ilə yaxındır musiqiçi kimliyimdə bir təkamül baş verib və elektronik musiqi dünyasına daxil olmuşam. Bu dünyaya ayaq basmaq, mənim üçün uzun bir yolculuq idi. Gecə-gündüz davam edən araşdırmalar, məşqlər, hazırlıqlar, yoxlamalar və nələr-nələr...

Heç bir zaman limitlər çərçivəsində yaradıcılıqla məşğul olmağı, düşünməyi sevməmişəm. Hər zaman limitlərin üzərində hərəkət etmişəm. Çərçivələri qırmaqdan mənəvi zövq almışam. Yolun başında olduğumu düşünsəm də, artıq özümü hazır hiss edirəm.

"Elektronik musiqiçi" kimi artıq qarşınızdayam və sizlərlə yeni səhnə təxəllüsüm olan "Rumi"ni paylaşmaq istərdim. Bu mənim musiqiçi kimliyimin "alter eqo"sudur. Musiqiçi kimliyimin içində məndən başqa bir mən var. Bu mən "Rumi"dir. Məqsədlərim, planlarım böyükdür".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5544
avatar

Yalçın UĞUR

Oxşar yazılar