Tanınmış aktrisa ərindən danışdı: “Evlilik yol yoldaşlığı  deməkdir”
15 fevral 2024 14:24 (UTC +04:00)

Tanınmış aktrisa ərindən danışdı: “Evlilik yol yoldaşlığı deməkdir”

Bir dövrə damğasını vuran "Yaprak Dökümü" serialında "Ferhunde" obrazı ilə yadda qalan Deniz Çakır ötən ilin sentyabrında Bilgehan Baykalla ailə həyatı qurub. 

Lent.az xəbər verir ki, məşhur aktrisa evliliyi ilə bağlı səmimi açıqlamalar verib.

14 fevralın onun üçün heç bir əhəmiyyət kəsb etmədiyini deyən 42 yaşlı aktyor Sevgililər Gününü həddindən artıq ticari məqsəd kimi gördüyünü bildirib.

"Sevmək gözəl şeydir, sevmək lazımdır. Aşiq olmuşuqsa, sevgimizin arxasınca getmək, ona sarılmaq lazımdır.”. 

Aktrisa həmçinin evliliyinin çox yaxşı getdiyini də vurğulayıb. 

“Evlilik yoldaşlıq deməkdir. Sevgili, dost tapmaq, inandığın birinin əlindən tutmaq çox güclü hissdir. Mənim üçün ən yaxşı hissdir. İnancımızı getdikcə itiririk. Həyatda belə insanların içində, inandığımız birinə sahib olmaq çox qiymətlidir", - deyə Çakır yekunlaşdırıb. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9159
avatar

Sevinc Fərid

Oxşar yazılar