Seks qalmaqalından sonra məşhur aktyor  filmə çəkilir   - FOTO
11 may 2022 22:51 (UTC +04:00)

Seks qalmaqalından sonra məşhur aktyor filmə çəkilir - FOTO

Bir neçə il əvvəl başlayan seks qalmaqalı səbəbindən işini itirən Hollivud aktyoru Kevin Speysi yaxın vaxtlarda peşəsinə qayıtmaq niyyətindədir. 

Lent.az xəbər verir ki, aktyor “1242 - Exit West” filmində rol alıb. 

Monqol Xan Batu haqqında çəkiləcək tarixi film Böyük Britaniya, Macarıstan və Monqolustanın birgə layihəsi olacaq.

Filmin süjet xətti Çingiz xanın nəvəsinə həsr olunub. 

Bir çox dövlətləri fəth edəndən sonra Batu Macarıstanda ruhani bir insanla tanış olur və bu onun Avropaya hücumuna mane olur.

Filmdə Speysi ilə birlikdə Erik Roberts, Kristofer Lambert, Terens Stump, Genevieve Florence və digər aktyorlar çəkiləcək. 

Çəkilişlər bu ilin oktyabrında Macarıstan və Monqolustanda başlayacaq.

Qeyd edək ki, 2017-ci ildə 20-dən çox insan onu cinsi zorakılıqda ittiham edib. 

Aktyor "Kartların evi" serialındakı həmkarları tərəfindən də nalayiq davranışda ittiham olunub. 

# 5229
avatar

Oxşar yazılar