“Qadınlığımı unutmuşam” - 57 yaşlı Xalq artisti
14 avqust 2024 16:05 (UTC +04:00)

“Qadınlığımı unutmuşam” - 57 yaşlı Xalq artisti

"İnsanlara o qədər inandım, amma onlar məni incitdilər. Kimsə öz xeyrinə görə bəzən şöhrətimdən istifadə etdi, bəzən veriliş baxılsın deyə, başlıqlar yazıldı. Amma mən elə reklamlardan qaçıram".

Lent.az xəbər verir ki, bu sözləri Xalq artisti Mələykə Əsədova qonaq olduğu proqramlardan birində deyib.

“Gözəl anayam, özüm də çox gözəl övlad olmuşam. Amma 35 il səhnə fəaliyyətimdə və 57 illik həyatımda isə aktrisayam. Deyəsən, bircə qadınlığımı unutmuşam. Qadınlığımı səhnəmə qurban verdim",- deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18045
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar