Obrazları özlərindən daha çox məşhurlaşan ulduzlar
07 oktyabr 2024 13:56 (UTC +04:00)

Obrazları özlərindən daha çox məşhurlaşan ulduzlar

Aktyorun üzündəki emosional ifadə və ya filmdən maraqlı bir jest dərhal meme çevrilə bilər. Dünyadakı milyonlarla istifadəçi onu sosial şəbəkələr vasitəsilə hər hansı bir hadisəni xarakterizə edən əsl hitə çevirir. 

Lent.az məşhurların internetdə məşhur olan jestlərini təqdim edir.

Leonardo DiCaprio
Aktyor Leonardo Di Kaprio dəfələrlə memların qəhrəmanına çevrilib. Onlardan ən populyarı “The Great Gatsby” filmindən çəkilmiş kadrdır. Leonun personajı bir stəkan spirtli içki qaldırır və gülümsəyir.  Bu mem razılıq, təqdir və ya tərif əlaməti kimi istifadə olunur.

Duayn Conson
“İfritə dağı” filmindən kadr da külək kimi internetdə yayıldı. Aktyor Dueyn Consonun sərnişinə təəccüblə baxdığı anı əks etdirən mem heyrət və sual işarəsini əvəz edir.

 Nikolas Keyc
Növbəti qəhrəman Nikolas Keycdir.  Onun "Vampirin öpüşü" filmindəki gülməli üz ifadəsi dərhal meme çevrilib. Bu  aşkar şeylərə  gülünc reaksiyanı simvollaşdırır.

Robert Daunu
Aktyor Robert Dauni də diqqətdən yayınmayıb. "Qisasçılar" filmindən çəkilmiş kadr 100% hitdir. Bu mem kimsə acınacaqlı, və ya anlaşılmaz bir şey söylədikdə və ya yorulduqda istifadə olunur.


Rovan Atkinson
Aktyor Rovan Atkinson və onun əfsanəvi personajı Mister Bin də memların ulduzu olub. Bu mem "Nə demək istədiyimi bilirsən də" anlamını verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar