Dünyaca məşhur model Naomi Kempbell “Az qala özümü öldürürdüm” deyə açıqlama verib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, O, karyerasının pik dövründə aldığı travmaların öhdəsindən gəlməyə çalışarkən narkotik və spirtli içkilərə aludə olduğunu açıqlayıb.
Naomi Kempbell 1990-cı illərdə podiumlara çıxanda narkotik asılılığı ilə mübarizə aparmalı olduğunu bildirib.
Yaşadıqlarının ağrısını daha da artırdığını qeyd edən model "Bunun yaralarımı sağaldacağını düşündüm, amma olmadı".