Məşhur cütlük  3 dəqiqəyə   boşandı: İkinci dəfə...
12 may 2022 09:44 (UTC +04:00)

Məşhur cütlük 3 dəqiqəyə boşandı: İkinci dəfə...

Türkiyəli müğənni Sinan Akçıl və aktrisa Burcu Kıratlı yenə boşanıblar. 

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən keçirilən məhkəmə üç dəqiqəyə başa çatıb. 

Onların ayrılıq səbəbləri hələlik məlum deyil. 

Xatırladaq ki, cütlük ilk dəfə 2018-ci ildə Hollandiyada evlənmişdilər. Amma bu evlilik uzun çəkməmişdi və 9 aydan sonra ani bir qərarla boşanmışdılar.

Daha sonra onlar 2021-ci ilin fevralında münasibətlərinə ikinci şansı verərək yenidən nikah masasına əyləşmişdi. 
 

# 3189
avatar

Sevinc Fərid

Oxşar yazılar