Məşhur aktyor Hollivuda  qayıtmayacağını   bildirdi
24 aprel 2024 20:49 (UTC +04:00)

Məşhur aktyor Hollivuda qayıtmayacağını bildirdi

Hollivud ulduzu Conni Depp yerli studiyaların “birdəfəlik” filmlərini tənqid edib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, son müsahibəsində Hollivudu büdcəyə işləyən, lakin mənası olmayan, tez unudulan filmlər çəkdiyinə görə “yıxıb sürüyüb”.

“Bu filmlər birdəfəlikdir və insanlar bunu başa düşürlər. Bu filmlərin büdcələri gülüncdür. İki çox məşhur aktyora milyonlar verib pullar tökürlər, filmə bir dəfə baxıb doyursan. Bu əsl sənət deyil”, - o qeyd edib.

O, insanların artıq belə filmlərdən bezdiyi fikrini bildirib. Eyni zamanda, Depp Hollivudu tənqid etdiyinə görə peşman olmadığını, Hollivud filmlərində iştirak edərək böyük kinoya qayıtmağı planlaşdırmadığını deyib. Aktyor hesab edir ki, Hollivud  filmləri artıq tənəzzülə uğrayıb.

Qeyd edək ki, Conni Depp arvadı ilə qalmaqallı boşanmadan sonra iftiraya uğramış, buna görə Hollivudda ona qarşı sanskiyalar tətbiq edimişdi. Aktyor uzun illər sonra filmə Britaniyada çəkilərək yenidən karyerasına davam edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3900
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07