Nilperinin evinə oğru girdi
27 may 2022 19:44 (UTC +04:00)

Nilperinin evinə oğru girdi

Məşhur aktrisa soyuldu – Sevgilisi ilə qaldığı evdən...

Türkiyəli aktrisa Nilperi Şahinkaya həyatının şokunu yaşayıb.

Lent.az xəbər verir ki, sevgilisi Emre Yusufi ilə tətilə getdiyi Kann şəhərində kirayələdikləri evə oğru girib.

Belə ki, oğru evdən xeyli pul və pasportunun olduğu çantanı aparıb. Cütlük Marsel Konsulluğuna şikayət edib. 

Aktrisa Nilperi buna baxmayaraq deyib ki, sevgilisi ilə tətillərini yarıda kəsməyəcək, bir neçə gündən sonra İstanbula geri dönəcəklər. 

Nilperi Şahinkaya və Emre Yusufi

# 2394
avatar

Nigar Namiq

Oxşar yazılar