“Mən  arvadağız   kişiyəm” - Maksim Qalkin
07 iyun 2023 12:22 (UTC +04:00)

“Mən arvadağız kişiyəm” - Maksim Qalkin

Şoumen Maksim Qalkin sosial şəbəkə hesabından tamaşaçıların suallarını cavablandırıb.

Lent.az-ın xəbərinə görə, o Alla Puqaçova ilə son dəfə 15 il öncə dalaşdığını bildirib.

“Biz dalaşmırıq. Ailəmizdə daim sülh hökm sürür. Alla elə buna görə məni seçmişdi. O deyirdi ki, sən elə bir kişisən ki, səninlə rahat qocalmaq olar.

Aramızda hansısa anlaşılmazlıq olanda birinci mən üzr istəyirəm. Mən tam bir arvadağız, xanımından çəkinən kişiyəm. Bundan utanmıram”, - o bildirib.

# 2205
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar