Aktrisa Rabia Soytürk bir müddət əvvəl ayrıldığı memar sevgilisi Samet Vuruşanla yenidən barışıb. Cütlük Çeşmədə istirahət edərkən çimərlikdə romantik anlar yaşayıb. Dənizdə əylənən cütlük şən rəftarları ilə diqqət çəkib.
Şəxsi həyatı ilə bağlı tez-tez danışılan aktrisa Rabia Soytürk barışdığı sevgilisi Samet Vuruşanla Çeşmə tətilinə yollanıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadla xəbərinə görə, ötən gün çimərlikdə görüntülənən cütlük dənizdən və günəşdən doyunca ləzzət alıblar. Bir müddət əvvəl memar sevgilisi Samet Vuruşandan aldığı evlilik təklifinə baxmayaraq yollarını ayıran Soytürk ayrılığa uzun müddət dözə bilməyib və keçmiş eşqinə dönüb. Barışan cütlüyün səmimi halları Çeşmədə kameralara əks olunub.
Bütün günü günəş vannası qəbul edən cütlük daha sonra dənizə girərək həm romantik, həm də şən anlar yaşayıb. Soytürkün dənizdə sevgilisinin çiyninə çıxmağa çalışdığı anlar gənclik filmini xatırladıb.
Posta'nın haberine göre, Rabia Soytürk bikinisi ve fit görüntüsüyle beğeni toplarken, yaptığı akrobatik hareketlerle de dikkatleri üzerine çekti. Ünlü çiftin tatili sosyal medyada da gündem olurken, hayranları ikiliye "yeniden barışmak onlara çok yakıştı" yorumları yaptı.
Bildirilir ki, Rabia Soytürk bikinisi və fit görünüşü, akrobatik hərəkətləri ilə də diqqət çəkib. Məşhur cütlüyün tətili də sosial mediada trend mövzusuna çevrilib və onların pərəstişkarları cütlüyə “barışmaq onlara çox yaraşır” şərhini yazıblar.