Madonna çimərlikdə 1,6 milyon insana pulsuz konsert  verdi
06 may 2024 13:33 (UTC +04:00)

Madonna çimərlikdə 1,6 milyon insana pulsuz konsert verdi

Bu günlərdə 65 yaşlı müğənni Madonna Rio-de-Janeyroda pulsuz konsert verib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, məşhurun çıxışını izləməyə 1,6 milyondan çox insan gəlib. İnsanlar 4 kilometrlik Kopakabana çimərliyini doldurublar.

Rio meriyasının hesablamalarına görə, konsert şəhərin xəzinəsinə 57 milyon dollar qazandırıb. Kopakabana çimərliyində ictimai asayişi 3200 hərbçi və 1500 polis əməkdaşı qoruyub.

Madonnanın çıxışı ərəfəsində şəhərdəki otellərin 98 faizinin tamamilə dolu olduğu barədə məlumatlar əldə edilib. 

Bundan başqa, yerli hava limanı mayın 1-dən dünyanın 27 şəhərindən 170 əlavə reys qəbul edib. Şəhər “Xoş gəlmisiniz, Kraliça!” yazılmış afişalarla bəzədilib.

Rio-de-Janeyro Madonnanın 2023-cü ilin oktyabrında Londonda başlayan “The Celebration Tour” adlı qastrol səfərinin sonuncu yeri olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3420
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07