“Forbes Türkiye”nin 2025-ci il üçün “Konsert zənginləri” siyahısı açıqlanıb.
Keçən ilin ən yaxşı qazananı Tarkan bu dəfə siyahıdan kənarda qalıb, Cem Adrian isə birinci yeri tutub.
Lent.az xarici mediaya istinadla bildirir ki, “Forbes Türkiyə” ilk dəfə 2024-cü ilin iyununda "Konsert zənginləri" siyahısını yaymağa başlayıb.
Siyahıya əsasən, 70 müğənni və musiqi qrupu 2024-cü ildə biletli konsert satışlarından cəmi 158 milyon avro gəlir əldə edib. Ötən il Tarkan 12 milyon avroluq dövriyyə ilə siyahının başında olub.
2023-cü ildə verdiyi konsertlərdən 12 milyon avro gəlirlə 2024-cü ilin çempionu olan Tarkan bu il siyahıda yer almayıb.
2023-cü ilin nəticələrini ehtiva edən siyahıda ikinci yerdə olan Cem Adrian, 2024-cü ildə 188 konsertlə birinci yeri tutub.
Əvvəlki illə müqayisədə 21 pillə yüksələn və 2024-cü ildə 7,4 milyon avroya yaxın dövriyyəyə malik olan Hakan Altun ikinci yerdədir. Yalın üçüncü yerdədir; Siyahıya ilk dəfə daxil olan Mert Dəmir növbəti yerdədir.
Siyahıya görə, Türkiyənin konsert iqtisadiyyatı son iki ildə durmadan yüksəlir.
2023-cü ildə 12 milyon avro dövriyyəsi ilə zirvədə olan və “çempion” adını qazanan Tarkan bu il siyahıda yer almayıb. Səbəbi isə Tarkanın 2024-cü ildə biletli konsert verməməsi ilə izah edilib.