Keçmiş sevgilisi Sərdar haqqında: "Bu son olsun"
22 iyun 2022 10:17 (UTC +04:00)

Keçmiş sevgilisi Sərdar haqqında: "Bu son olsun"

Serdar Ortaçla bir müddət eşq münasibəti yaşayan müğənni Seçil Gür onunla bağlı heç nə eşitmək istəmədiyini deyib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, şəxsi həyatı və karyerası haqda danışan Seçil Gür bir də Sərdar Ortaç haqqında heç bir cavab verməyəcəyini deyib:

“Narahat oluram, ya olmuram, xoşuma gəlir, ya gəlmir... Bunlar barədə düşünmürəm. Ona görə də heç bir sualı cavablandırmıram. Qeyd edim ki, bu son olsun. Bir də bu mövzu barədə mənə sual verməyin”.
    

 

# 2058
avatar

Fidan İlqar

Oxşar yazılar