Məşhur müğənni Ece Seçkin Aksarayda konsert verdi.
Lent.az türkiyə mediasına istinadən xəbər verir ki, gecənin ortasında bir izləyici səhnənin dəmir konstruksiyasına dırmaşaraq təhlükəli vəziyyət yaratdı. Bu mənzərəni görən Seçkin konserti dayandıraraq əsəbi şəkildə müdaxilə edib.
“Nə edirsən, kankacım? En zəhmət olmasa. Bu qədər insan burda əylənir. Eləmə, bu heç gülməli deyil. Oraya necə çıxdın, sanki hörümçək adam kimi. Allah eləməsin, ordan düşsən, bu qəbulolunan bir şey deyil” – deyə səhnədən çağırış etdi.
Hadisədən sonra Ece Seçkin izləyicilərdən üzr istəyib, dırmaşan şəxsi “Spiderman”a bənzədərək vəziyyəti yumşaltmağa çalışdı. Sosial şəbəkələrdə yayılan bu anlar geniş müzakirələrə səbəb olub.