İbrahim Tatlısəs  gənc sevgilisini   görün necə gizlədirmiş?
29 sentyabr 2022 12:44 (UTC +04:00)

İbrahim Tatlısəs gənc sevgilisini görün necə gizlədirmiş?

Avqustun 25-də “İmperator” ləqəbli İbrahim Tatlısəsin də olduğu maşın qəza törətmişdi.

Lent.az xəbər verir ki, yağışlı havada yük maşını ilə toqquşan minibusdan çıxarılan İbrahim Tatlısəs kameralara görünməmək üçün kömək edənlərdən gizlədilməyi tələb etmiş, polislər hadisə yerinə yataq örtükləri gətirərək onları gizlətmişdilər.

Ölümdən dönən Tatlısəsin həmin anda nə üçün gizlənmək istəməsi hamını təəccübləndirmişdi. Çünki elə həmin gün axşam usta sənətkar ayağı gipsdə tamaşaçılar qarşısına çıxmış, öncədən təşkil olunmuş konsertini stulda oxuyaraq yola vermişdi. Gipsli ayaqlarını da açıq-aşkar nümayiş etdirmişdi.

Sosial media hesablarında verdiyi qalmaqallı açıqlamalarla gündəmə gələn menecer Onur Akay maraqlı iddia səsləndirib. O qeyd edib ki, qəza günü İbrahim Tatlısəs tək olmayıb, avtomobildə onun yanında özündən 49 yaş kiçik sevgilisi Berka Gül də var idi. İbrahim məhz Berkanı gizlətmək üçün örtük gətirilməsini tələb edib.

İbrahim Tatlısəsin yeni sevgilisi Berka Gül 21 yaşındadır və onar artıq bir neçə dəfə kameralar önündə birlikdə poz veriblər.

69 yaşlı İbrahim Tatlısəs bir müddət öncə özündən 43 yaş kiçik sevgilisi gülçin Karakayadan ayrıldığını bildirmişdi.

# 3495
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Aleyna Tilkinin sürücü  SEVDASI:   İldə 3 dəfə...

Aleyna Tilkinin sürücü SEVDASI: İldə 3 dəfə...

5 dekabr 2022 , 15:42
Aftandil İsrafilov  ÖLÜM AYAĞINDA:   Xanımı danışdı...

Aftandil İsrafilov ÖLÜM AYAĞINDA: Xanımı danışdı...

5 dekabr 2022 , 11:22
Samir Bağırov TANINMAZ HALDA  - FOTO

Samir Bağırov TANINMAZ HALDA - FOTO

5 dekabr 2022 , 11:07
Evlilikləri 40 gün çəkən aktrisanın keçmiş əri görün, nələr dedi?

Evlilikləri 40 gün çəkən aktrisanın keçmiş əri görün, nələr dedi?

3 dekabr 2022 , 14:55
Brilliant Dadaşova

Brilliant Dadaşovadan diqqətçəkən PAYLAŞIM: "Kefdə, damaqda" - FOTO

3 dekabr 2022 , 12:35
Aftandil İsrafilov

Xalq artistinin vəziyyəti KRİTİKDİR

3 dekabr 2022 , 10:45
Məşhur aktrisa  bahalı ev aldı   - FOTO

Məşhur aktrisa bahalı ev aldı - FOTO

3 dekabr 2022 , 02:10
Britni Spirs bu dəfə özü ilə EVLƏNDİ : "Ağlı ilə problemi var" - FOTO

Britni Spirs bu dəfə özü ilə EVLƏNDİ: "Ağlı ilə problemi var" - FOTO

2 dekabr 2022 , 19:51